Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 25-ci Ayə

Surə 14
Ayə 25

Azərbaycan dilində tərcümə

O, Rəbbinin izni ilə həmişə (münasib olan hər bir vaxtda) öz meyvəsini verir. (Bu ağacın meyvəsi dünyada ideal cəmiyyətin və ali ilahi bir ictimai həyatın gerçəkləşməsi, axirətdə isə kamil bir səadətə nail olmaqdır.) Allah insanlar üçün (belə) məsəllər çəkir ki, bəlkə ibrət götürdülər.
İbrahim ‏ surəsi , 25-ci ayə
İbrahim ‏ surəsi 25-ci ayə
Tam Surə

İbrahim ‏ surəsi 25-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 25

MÖHSÜN QƏRAƏTİ
03.12.2025

"(Pak ağac) Rəbbinin izni ilə daim meyvə verir. Allah xalq üçün misallar çəkir, ola bilsin ki, yada salıb öyüd götürələr.”

Nöqtələr
Allah və Ona imandan savay nə varsa fanidir. Fani olan şey daim səmərə verə bilməz. Yalnız Allah rənginə boyanmış eşq əbədidir. Bəli, Allahın rəngi sabitdir və digər rənglər solub gedəsidir.
İman ağacı daim səmərə verir. Mömin daim Allahı xatırlayır, istər rifah, istər sıxıntıda, istər xoş, istər qəmli anlarda, istər varlılıqda, istər yoxsulluqda öz vəzifəsini yerinə yetirməyə çalışır. Mömin insan zalımların hədələrinə müqavimələ cavab verir, təbliğ edərkən kimsədən umacağı olmur, qəzəblənəndə Allahın razılığı üçün qəzəbini udur, evlənərkən Allaha təvəkkül edir.
Mömin bəndə Allaha yaxınlıq məqsədi ilə ibadət edir, yoxsulluğa düşdükdə varlılara üz tutub yaltaqlanmır.
Bəli, Allah-təalaya iman meyvəsi hər an dünya və axirətdə insanı kama çatdıran ağac kimidir. Amma var-dövlət, vəzifə, övlad və digər dünya nemətləri yalnız bir neçə günlük meyvə verən ağaca bənzəyir. Bu meyvələr həm də çox azdır. Bəzən isə var-dövlət, vəzifə və övlad insana mənəvi əzabdan savay bir şey vermir.
Bildirişlər
1. İman ağacı daim səmərə verir. Mömin üçün payız, xəzan yoxdur.
2. Təşbeh və təmsil xalqın diqqətini bir məsələyə yönəltmək üçün Quranın faydalandığı üsuldur.