NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 27
MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Allah dünya və axirətdə iman əhlini sabit sözlə (əqidə ilə) möhkəmləndirər. Allah sitəmkarları (lütfündən məhrum edib özbaşına buraxar,) azdırar. Allah (ədalət və hikmət əsasında) istədiyini edər.”
Bildirişlər
1. İlahi yardımlardan bəhrələnmə insanın hansı yolu seçməsindən asılıdır.
2. Allahın yardımı olmasa, insan nəfs istəklərinin, zalım qüvvələrin qarşısında davam gətirməyib süqut edər.
3. İman əhli məntiq baxımından möhkəmdir və maddi, dünyəvi məktəblərin qarşısında əzmlə dayanır.
4. İnsan iman gətirsə, Allah tərəfindən sığortalanır. Batil məktəbə üz tutan insan isə Allah tərəfindən özbaşına buraxılır.
5. Batil məktəblərin qəbulu insanın özünə və haqq məktəbinə zülmüdür.
6. Allahın qəzəbi insanın seçdiyi yoldan asılıdır.