Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 29-cu Ayə

Surə 14
Ayə 29

Azərbaycan dilində tərcümə

Daxil olacaqları, toxunaraq hərarətini duyacaqları və yanacaqları Cəhənnəmə! Ora pis bir məskəndir.
İbrahim ‏ surəsi , 29-cu ayə
İbrahim ‏ surəsi 29-cu ayə
Tam Surə

İbrahim ‏ surəsi 29-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 29

MÖHSÜN QƏRAƏTİ
03.12.2025

"(Onlar) cəhənnəmə daxil olarlar. (Cəhənnəm) necə də pis məkandır.”

Nöqtələr
"Bəvar” dedikdə fəlakətə aparan rövnəqçilik və kasadçılıq nəzərdə tutulur.
Kafirlər və müşriklər Allahın böyük nemətlərini küfrə dəyişdilər: Tövhid neməti əvəzində şirki seçdilər, pak fitrəti qoyub babalarının azğın yoluna üz tutdular, xurafatı ilahi vəhydən üstün tutdular, səmavi rəhbər nemətinə qarşı nankorluq göstərdilər və zalım qüvvələrə tabe oldular.
Çoxsaylı rəvayətlərdə oxuyuruq: Şiə imamları buyurmuşlar: "And olsun Allaha, "dəyişdirilmiş nemətlər” bizim vücudumuzdur. İnsanlar bizi boşlayıb, başqa rəhbərlərin sorağına getdilər.”
Bu ayəyə oxşar başqa ayələr də var.
Bildirişlər
1. Allahın nemətlərini və ayələrini istənilən bir şəkildə dəyişmək və təhrif etmək küfrdür.
2. Azğın rəhbərlər bütün cəmiyyəti bədbəxtliyə aparır, xalqı cəhənnəmə sürükləyirlər.