Əsas məzmuna keç

İbrahim ‏ surəsi - 30-cu Ayə

Surə 14
Ayə 30

Azərbaycan dilində tərcümə

Onlar (insanları) Allahın yolundan azdırmaq üçün Ona şəriklər qoşdular. De: «(Bir neçə günlük bu dünyanızda) bəhrələnin ki, dönüşünüz mütləq oda tərəfdir.»
İbrahim ‏ surəsi , 30-cu ayə
İbrahim ‏ surəsi 30-cu ayə
Tam Surə

İbrahim ‏ surəsi 30-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: İbrahim ‏ surəsi / ayə 30

MÖHSÜN QƏRAƏTİ
03.12.2025

"(Azğın başçılar) Xalqı Allahın yolundan yayındırmaq üçün Ona şəriklər qoşdular. Kam alın, şübhəsiz, işinizin sonu oddur.”

Nöqtələr
Bəziləri varlıq aləminin yaranışında, bəziləri isə nemətlərə münasibətdə Allaha şərik qoşurlar. Onlar sağlamlıqlarını, elmlərini, güclərini, izzətlərini, var-dövlətlərini öz hünərlərinin bəhrəsi sayırlar. Amma tezliklə anlayırlar ki, azğınlığa düçar olublar.
Bildirişlər
1. Nemətə münasibətdə ən böyük nankorluq Allaha şərik qoşmaq və xalqı doğru yoldan azdırmaqdır.
2. Bəzən şirkin mənbəyi zalım qüvvələr olur. Bəzən də bütlərin öz cazibəsi çaşqınlığa aparır.
3. Allah bəzilərini özbaşına buraxır.
4. Kafirlər dünyadan kam alsalar da, onların axirəti yoxdur.
5. Hər rifah ilahi mərhəmət sayılmamalıdır. Bəzən rifah ilahi qəzəb üçün müqəddimə ola bilər.