NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 32
MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Göyləri və yeri yaradan, səmadan su nazil edən, onunla sizə ruzi üçün meyvələr yetişdirən, əmri ilə dənizdə hərəkət etməyiniz üçün gəmiləri sizə ram edən, çayları ixtiyarınızda qoyan Allahdır.”
Nöqtələr
Bu ayədə su məsələsinə üç baxımdan yanaşılmışdır:
a) Yağış suyu: Bu su bitkilərin suvarılması vasitəsi, onların həyat qaynağı, havanın təmizlənmə və dəyişmə səbəbidir.
b) Dəniz suyu: Bu su dəniz heyvanlarının həyatını təmin edir, ən üstün və ucuz nəqliyyat vasitəsi olan gəmilərin hərəkət vasitəsidir, od və yağışın mənbəsidir.
v) Çay suyu: Bu su vasitəsi ilə susuz məntəqələrə su çatdırılır.
Allah ötən ayədə namaz və infaq məsələsinə toxundu. Bu ayədə isə buyurulur ki, Allah sizə hər şey verib, nə üçün infaqda süstlük göstərirsiniz?
"Təsxir” dedikdə həm günəş və ay kimi mənbələrdən bəhrələnmə, həm də gəmi və çayların ram edilməsi, insanın onlara hakimliyi kimi kamil hakimiyyət mənası nəzərdə tutulur.
Bildirişlər
1. Allahın nemətlərini tanımaq ən üstün Allahşünaslıq yoludur. Bu yol ümumi dərketmə, eşq, stimul, ibadətlə müşayiət olunur.
2. Allahın bütün nemətləri arasında su ən mühüm nemətlərdəndir.
3. Varlıq aləmi insan üçün yaradılmışdır.
4. Maddi vasitələrin rolu olsa da bütün amillər Allahın əmrinə tabedir.
5. İnsan təbiətə hakimdir.