NUR TƏFSİRİ: İbrahim surəsi / ayə 34
MÖHSÜN QƏRAƏTİ
03.12.2025
"Allah Ondan istədiyiniz hər şeyi vermişdir. Allahın nemətlərini saysanız, onları diqqətlə hesaba ala bilməzsiniz. Həqiqətən, insan çox sitəmkar və nankordur.”
Nöqtələr
"Nəhl” surəsinin 18-ci ayəsində oxuyuruq: "Allahın nemətlərini saymaq istəsəniz, bacarmazsınız. Həqiqətən, Allah bağışlayan və mehribandır.”
Ötən ayələrdə oxuduq ki, azğın rəhbərlər xalqı Allahdan qeyrisinə doğru dəvət edirlər. Bu ayədə isə deyilir ki, Allahdan qeyrisinin əlindən bir şey gəlməsə də, insanın bütün olanları bir Allaha məxsus olsa da, insan diqqətsiz və naşükürdür.
"Ədd” dedikdə saymaq, "ehsa” dedikdə heç nəyi ötürmədən diqqətlə saymaq nəzərdə tutulur.
Bildirişlər
1. İstehsal vasitələri insanın ixtiyarındadır. (Su, torpaq, günəş işığı ...) Bu sahədə mövcud olan istənilən bir çatışmazlıq yetərsiz müdiriyyətdən yaranır.
2. Bəşəriyyəti yaratmış Allah onun ehtiyaclarının ödənməsi üçün düzgün yol müəyyənləşdirmişdir. Amma insan bu ehtiyacları günah yolla təmin etməyə çalışır.
3. İnsan möhtac bir varlıqdır.
4. İnsanda ilahi nemətləri saymaq qüdrəti yoxdur. Bu halda həmin nemətlərin şükrünü yerinə yetirmək əlçatmaz görünür.
5. İlahi nemətlərdən düzgün istifadə etməyən insan çox zalım və nankordur.