Əsas məzmuna keç

Əl-İsra surəsi - 101-ci Ayə

Surə 17
Ayə 101

Azərbaycan dilində tərcümə

Həqiqətən Musaya (tovhidin və onun peyğəmbərliyinin isbatı üçün) doqquz aydın nişanə və möcüzə verdik. Buna görə də İsrail övladlarından (Musanın möcüzələrlə) onların yanına gəldiyi zamanı soruş. Firon (möcüzələri müşahidə edərək ona) dedi: «Ey Musa, şübhəsiz, mən səni ovsunlanmış zənn edirəm».
Əl-İsra surəsi , 101-ci ayə
Əl-İsra surəsi 101-ci ayə
Tam Surə

Əl-İsra surəsi 101-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 101

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Şübhəsiz, Musaya doqquz aşkar möcüzə verdik. (Musa,) onların sorağına gələn vaxt sual ver. Firon (bütün möcüzələri görüb) dedi: "Ey Musa! Həqiqətən mən səni ovsunlanmış sayıram.”
Nöqtələr
Həzrət Musanın doqquz möcüzəsini nəzərdən keçirək: əsanın əjdaha olması, ovucundakı ağlıq, əsa ilə dəryanın parçalanması, tufan, çəyirtkələrin hücumu, bitlərin hücumu, qurbağaların hücumu, suyun qana dönməsi, əsanın toxunması ilə daşdan on iki çeşmə qaynaması.
Həzrət Musanın on səkkiz möcüzəsi olması fikri də var. Hər bir möcüzənin əvvəlki halına qayıtması da digər bir möcüzədir.
Sual: Quranda həzrət Musanın bu doqquz möcüzədən əlavə də möcüzələri bəyan olunmuşdur. Məsələn, dağın qopub yəhudilərin başına etməsi, "mənn və səlva” təamlarının nazil olması, kəsilmiş inəyin ətini ölüyə toxundurmaqla onun dirildilməsi. Bəs nə üçün yalnız doqquz möcüzə zikr olunur?
Cavab: Bu doqquz möcüzə Fironla bağlı möcüzələrdir. Firon bu möcüzələri görsə də iman gətirmədi. Digər möcüzələrin Fironla heç bir əlaqəsi olmamışdır.("Təfsire-tibyan”; "Təfsire-Furqan”. )
Bildirişlər
1. Allah Öz peyğəmbərlərinə arxa durur.
2. Allah peyğəmbərlərə möcüzə verməklə yetərli dəlillər gətirir, höccəti tamamlayır, bəhanəyə yer qalmır.
3. Tərs insanların daha çox dəlil və möcüzəyə ehtiyacı var.
4. Möcüzə aşkar və qəti olmalıdır.
5. Peyğəmbərlər xalqın sorağına gəlmiş həkimlərdir. (Həzrət Əli (ə) Nəhcül-bəlağənin 108-ci xütbəsində həzrət Peyğəmbəri (s) ümmətin həkimi kimi tanıtdırır.)
6. Təkəbbür əhli möcüzə və dəlillərə təhqirlə cavab verir.