NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 100
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"De ki, əgər siz Rəbbinin rəhmət xəzinədarı olsaydınız, şübhəsiz, infaq qorxusundan kimsəyə bir şey verməzdiniz. İnsan dar baxışlı və xəsisdir!”
Nöqtələr
"Qitr” sözündən olan "qətur” sözü xəsislik, bəxşişdən çəkinmək mənasını bildirir.
Bildirişlər
1. Var-dövlət həris və xəsis adamları səxavətli etmir. Bəzilərinin gözü doymur. Onlar var-dövlət yığdıqca mallarının azalmasından qorxurlar.
2. Yoxsulluq qorxusu xəsisliyin köklərindəndir.
3. Bəşərin rəftarı onun ruhiyyə və xislətlərindən qaynaqlanır.