NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 99
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Yoxsa düşünməyiblər ki, Allah göyləri və yeri yaratmışdır. Bu sayaq xalq da yarada bilərmi? Allah onlar üçün heç bir şəkk olmayan müddət müəyyənləşdirmişdir. Sitəmkarlar isə boyun qaçırıb, küfrdən başqa bir şeylə razılaşmırlar.”
Nöqtələr
"La rəybə fihi”, yəni Quranda heç bir şübhə yeri yoxdur. Bu təbirdən "kimsə ona şübhə ilə yanaşmır” mənası anlaşılmır.
Quran məada şəkk-şübhəni aradan qaldırmaq üçün dəfələrlə göylərin və yerin yaranışına, varlıq aləminin əzəmətinə, ilahi qüdrətə işarə etmişdir. Quranda buyurulur: "Sizin yaranışınız, yoxsa göyün yaranışı daha çətindir?”("Təfsire-Əl-mizan”. "Təfsire-Furqan”. )Yəni bir şeyin mümkün olması üçün ən üstün dəlil onun baş verməsidir.
Qiyamətdə bərpa olası sümüklər həmin dünyadakı sümüklər, onlardakı ruh isə həmin dünyadakı ruhdur. Amma Quran "oxşar, misil” təbirini işlədir. Necə ki, kərpic əzildikdən sonra yenidən düzəldilərsə, "bu, həmin kərpicdir” yox, "bu, əvvəlki kərpic kimidir” deyirlər. Halbuki onlar eyni maddədən hazırlanmışdır.("Furqan”, 32. )
Bildirişlər
1. Məadın mümkünlüyü üçün ən üstün dəlil Allahın təbiətdəki qüdrətinə diqqət yetirməkdir.
2. Dünya həyatı bir neçə gündən artıq deyil. Kafirlər inadkarlıq göstərdiyi zaman ya ölümləri çatar, ya da qiyamət qopar.
3. Allahın qüdrətinə və qiyamətə şübhə zülümdür. Zülm isə küfr üçün zəmindir.