Əsas məzmuna keç

Əl-İsra surəsi - 30-cu Ayə

Surə 17
Ayə 30

Azərbaycan dilində tərcümə

Həqiqətən sənin Rəbbin istədiyi şəxs üçün ruzini genişləndirər və (istədiyi şəxs üçün də) daraldar. Əlbəttə, O həmişə Öz bəndələrindən xəbərdar və (onları) görəndir (onların fərdi və ictimai hallarını bilir).
Tam Surə

Əl-İsra surəsi 30-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 30

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Həqiqətən, Rəbbin istədiyi kəs üçün ruzini genişləndirib, daralda bilər. Həqiqətən, O, bəndələrinə münasibətdə agah və görəndir.”
Nöqtələr
Quranda ruzi haqqında ətraflı danışılmışdır. Həmin ayədəki müəyyən nöqtələrə nəzər salaq:
a) Hər bir canlının ruzisi Allahın öhdəsinədir.(Bax: "Şura”, 27 )
b) Ruzi mənbəyi səmadadır.(Bax: "Ənkəbut”, 17 )
v) Hamının gen-bol ruzisi olsa, fəsad artar.(Bax: "Təlaq”, 2 )
q) İnsan çalışmalı, ruzi dalınca getməlidir.("Nəhcül-bəlağə”, x. 91 )
d) Təqva ruzinin artım amillərindəndir.(Təfsiri-fi-zilalil-Quran”; "Təfsiri-Furqan)
Həzrət Əli (ə) buyurur: "Allah insanların ruzisini artırıb-azaltmaqla müəyyənləşdirmişdir. İstədiyini sıxıntı, istədiyini rifahla sınağa çəkər. Varlı və yoxsul şükür və səbirlə imtahana çəkilib seçilər.”(Bax: "Furqan”, 68; "Mumtəhinə”, 12 )
Bildirişlər
1. Ruzinin az-çoxluğu Allahın əlindədir.
2. Ruzinin çoxluğu və ya azlığı insanların tərbiyəsinə yönəldilmiş rübubiyyət şənindəndir.
3. Allahın istəkləri Onun bəsirət və agahlığına əsaslanır.
4. Fəqirlikdən qorxub əlinizi sıxmayın. Eyni zamanda, başqalarını yoxsulluqdan qurtarmaq üçün bütün var-yoxunuzdan keçməyin. Ruzi Allahın əlindədir, bəzilərinin yoxsulluğunda hikmət var.