Əsas məzmuna keç

Əl-İsra surəsi - 38-ci Ayə

Surə 17
Ayə 38

Azərbaycan dilində tərcümə

Bunların (sadalanan bu iyirmi üç işin) hamısının pisi (və fəsadı olanı) sənin Rəbbinin yanında bəyənilməzdir (və Allahın onları bəyənməməsi onların haram olmaları deməkdir).
Əl-İsra surəsi , 38-ci ayə
Əl-İsra surəsi 38-ci ayə
Tam Surə

Əl-İsra surəsi 38-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 38

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Bütün bunların günahı Rəbbinin yanında bəyənilməmişdir.”
Nöqtələr
Etiqadi, siyasi, hərbi və iqtisadi sahələrlə yanaşı evdən bayıra get-gəl kimi xırda məsələlərlə bağlı göstəriş verməsi İslamın hərtərəfli bir din olmasını göstərir. Məsələn:
a) Yol gedərkən orta həddi gözlə(Bax: "Qəsəs”, 79 )
b) Təkəbbür və lovğalıqla yerimə.
v) Yer üzündə aram və təkəbbürsüz hərəkət edənlər Allahın bəndələridir.("Nəhcül-bəlağə”, x. 193)
q) Küçə və bazardan təkəbbür və dəbdəbə ilə keçən varlı Qarun tənqid olunur.(Bax: "Tur”, 39; "Nəcm”, 21 )
Peyğəmbər (s) hətta Məkkənin fəthi günü palansız bir ulağa süvar olmuşdu. İmam Həsən Müctəbanın (ə) çoxsaylı minikləri olduğu halda Məkkəyə piyada gedirdi. Bütün bunlar din övliyalarının təvazökarlığını göstərir. Həzrət Əli (ə) təvazökarlıqla yol getməyi müttəqilərin sifəti sayır.(Bax: "Fussilət”, 21 )
Bildirişlər
1. Hətta təkəbbürlə yol yerimək Quran tərəfindən məzəmmət olunur.
2. Təkəbbürü aradan götürmək üçün zəiflərin və acizlərin halını nəzərə almaq lazımdır.
3. İç sifətlər insanın rəftarlarına təsir göstərir.
4. Bütün ilahi dinlərdə çirkin əməllər pislənilmişdir.
5. Allahın əmrləri insanın inkişaf və tərbiyəsinə yönəldilmişdir.