Əsas məzmuna keç

Əl-İsra surəsi - 40-cu Ayə

Surə 17
Ayə 40

Azərbaycan dilində tərcümə

Məgər Rəbbiniz sizi oğullarla (oğlanları verməklə) seçmiş və Özü (övladlığa) mələklərdən qızlar götürmüşdür?! Həqiqətən siz (Allahın övladının olduğunu demək və pis bildiyiniz şeyi Allaha nisbət verməklə) yekə-yekə danışırsınız.
Əl-İsra surəsi , 40-cu ayə
Əl-İsra surəsi 40-cu ayə
Tam Surə

Əl-İsra surəsi 40-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 40

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"(Yoxsa güman edirsiniz ki,) Rəbbiniz sizi oğlan övladlarla seçib, Özü üçün mələklərdən qızlar götürüb? Həqiqətən, siz böyük (böhtan) danışırsınız.”
Nöqtələr
Müşriklərin əqidələrindən biri də bu idi ki, mələkləri Allahın qızları sayırdılar. Quran dəfələrlə bu məsələyə toxunur və deyilənləri böyük böhtan sayır.(Bax: "Bəqərə”, 74 )
Əlbəttə, Allahın övladı olmasına inam yəhudilər və məsihilər arasında da mövcuddur. Allahın qızları olması fikri isə bütpərəstlərə məxsusdur.
Bildirişlər
1. Oğlan övladın qız övladdan üstünlüyü yanlış düşüncədir.
2. Allahın rübubiyyəti müşriklərə də şamildir.
3. Allahın övladı olması fikri əsassızdır və məhkum olunur.
4. Mələkləri Allahın qızı bilmək səhv təsəvvürdür.
5. İnsan özünə rəva bilmədiyini başqasına rəva bilməməlidir. Belə bir sifəti Allaha aid etmək isə daha dəhşətlidir!