NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 41
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Şübhəsiz, Biz bu Quranda (həqiqəti müxtəlif ifadələrlə) təkrar-təkrar bəyan etdik ki, öyüd götürsünlər. Amma bu, onların nifrətini artırdı.”
Nöqtələr
"Sərrəfna” dedikdə mövzunu aydınlaşdırmaq üçün müxtəlif bəyanlar və təkrarlar nəzərdə tutulur.
İnsan istər təbiətdə, istər ilahi kitabda fitrətən rəngarənglik axtarışındadır. Qurandakı təkrarların və rəngarəngliyin səbəbi məhz bu meyldir.
Pak yağış üfunətli leşin pis qoxusunu apardığı kimi, ilahi ayələr də təkəbbür və inadkarlıq dolu qəlbin tərsliyini artırır.
Bildirişlər
1. Məsələlər rəngarəng və cazibəli şəkildə təkrarlanmalıdır. Çünki yeknəsəqlik insanı yorur.
2. İnsan daim xatırlatmaya ehtiyaclıdır. Xəbərdarlıq hər dəfə təkrarlandıqda hansısa qrup cəzb ola bilər.
3. Quran ayələrinin təkrarında məqsəd xatırlatma və nəsihətdir.
4. Təkrar dostları cəlb edir, inadkarlarda nifrət yaradır.