NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 43
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Allah onların dediklərindən daha pak və üstündür, çox üstün!”
Nöqtələr
Müşriklər Allahı qəbul edir, Onu varlıq aləminin yaradıcısı kimi tanıyırdılar. Amma bütləri özləri üçün şəfaətçi və ya Allaha şərik sayırdılar. Ayədə Allahla bütlər arasındakı bu sayaq münasibət inkar olunur. Çünki bütlər nə Allahın qüdrətini əlindən ala bilər, nə də özlərini gücləndirə bilərlər.
Bildirişlər
1. Varlıq aləmi Allahın birliyini təsdiq edən ən üstün dəlildir. (Əgər başqa tanrılar olsaydı, varlıq aləmində rəqabət yaranar, sabit nizam pozulardı.)
2. İftiraya cavab vermək, həqiqəti bəyan etmək lazımdır.
3. Allahın heç bir şəriki yoxdur və Onun müqəddəs zatı ilə danışılan xurafat arasında ölçüyəgəlməz fasilə var.
4. Nə qədər sitayiş olunsa da, yenə Allah dilə gətirilən vəsflərdən üstündür.