Əsas məzmuna keç

Əl-İsra surəsi - 54-cü Ayə

Surə 17
Ayə 54

Azərbaycan dilində tərcümə

Rəbbiniz sizin halınızı daha yaxşı bilir. Əgər istəsə (xeyir əməllərinizə görə və ya Öz geniş rəhmətinin əsasında) sizə rəhm edər, yaxud əgər istəsə (layiq olduğunuza görə) sizi cəzalandırar. Və səni onlara vəkil göndərməmişik (sənin vəzifən tapşırılan ilahi vəzifəni çatdırmaqdır. Dünyada mükafatlandırmaq və axirətdə mükafat və cəza vermək də sənə deyil, Allaha aid olan işlərdəndir).
Əl-İsra surəsi , 54-cü ayə
Əl-İsra surəsi 54-cü ayə
Tam Surə

Əl-İsra surəsi 54-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 54

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Rəbbiniz sizi daha yaxşı tanıyır. İstəsə sizə mərhəmət göstərər, istəsə (pis əməllərinizə görə) sizə əzab verər. Biz səni xalqa vəkil göndərmədik. (Onları məcburi şəkildə imana sövq etmək sənin vəzifən deyil.)”
Nöqtələr
Ötən ayədə yaxşı danışıq əmr olundu. Bu ayədə də yaxşı danışığın nümunələri bəyan olunur: insan özünü başqalarından üstün bilməməli, onları təhqir etməməli, hətta kafirlərə "siz cəhənnəm əhlisiniz, biz behişt əhli” söyləməməlidir. Çünki bu sayaq danışıq fitnə yaradır. Digər bir tərəfdən, kim bilir ki, kimin aqibəti xoş olacaq?! Allah daha yaxşı bilir - əgər istəsə bağışlayar, istəsə əzab verər.
Bildirişlər
1. Öz imanımızla qürrələnməyək.
2. Allahın işləri Onun elminə əsaslanır.
3. Allahın elmi, Onun mərhəmət və qəzəbi rübubiyyət şənindəndir.
4. Öncə mərhəmətdən, sonra qəhr və əzabdan danışılır.
5. İnsan qorxu və ümid arasında olmalıdır.
6. İnsan əqidə seçimində azad buraxılıb. Hətta peyğəmbərlər də xalqı məcbur etməyə vəzifəli deyil.
7. Din təbliğatçısı özünü xalqın vəkili və hamisi saymamalıdır.