Əsas məzmuna keç

Əl-İsra surəsi - 56-cı Ayə

Surə 17
Ayə 56

Azərbaycan dilində tərcümə

De: «Barələrində allahlıq gümanında olduğunuz Ondan (Allahdan) qeyrilərini (bütləri, mələkləri, Məsihi və digərlərini) çağırın, onda (görəcəksiniz ki,) sizdən əsla nə bir zərər-ziyanı dəf etməyə malikdirlər, nə də onu başqasına yönəltməyə qadirdirlər.»
Əl-İsra surəsi , 56-cı ayə
Əl-İsra surəsi 56-cı ayə
Tam Surə

Əl-İsra surəsi 56-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 56

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"De ki, Allahdan savay məbud saydıqlarınızı çağırın. Onlar sizin nə çətinliyinizi həll edə bilər, nə də onu dəyişməyi bacararlar.”
Bildirişlər
1. Allahdan qeyrisinin sorağınca getmək və ona ümid bağlamaq puç bir xəyaldır.
2. Təbliğdə həqiqət bəyan olunmalıdırsa da, xalqa seçim azadlığı vermək lazımdır.
3. İnsanda hansısa gücə sığınmaq meyli pərəstiş üçün əsas olur. Bütlərdə isə pərəstiş olunası güc yoxdur.
4. Allahdan qeyrisi insanın rastlaşdığı təhlükəni nə ondan uzaqlaşdıra bilər, nə dəyişə, nə də yüngülləşdirə bilər. (Allah övliyalarının şəfaətinə inam Allahın izni ilə mümkün olur və ayrıca bir məsələdir.)