Əsas məzmuna keç

Əl-İsra surəsi - 55-ci Ayə

Surə 17
Ayə 55

Azərbaycan dilində tərcümə

Sənin Rəbbin göylərdə və yerdə olan hər bir kəsin halını kamil şəkildə bilir. Şübhəsiz, Biz peyğəmbərlərin bəzisini (elm və nəfsi fəzilətlərdə, möcüzələrdə, risalətdə, şəriətdə və kitabda) bəzisindən üstün etdik və Davuda Zəbur verdik.
Tam Surə

Əl-İsra surəsi 55-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 55

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Rəbbin göylərdə və yerdə olanı daha yaxşı bilir. Əlbəttə, Biz bəzi peyğəmbərlərə başqalarından üstünlük verdik. Davuda Zəbur əta etdik.”
Nöqtələr
Ötən ayələrdə Allahın insanlardan xəbərdarlığı qeyd olundu. Bu ayədə isə səmada və yerdə olan bütün mövcudlardan agahlıq bəyan olunur.
Hədisdə deyilir: Peyğəmbərlər 124 min nəfər olmuşlar. Onlardan bəziləri bütün xalqa məbus olub səmavi kitab gətirmiş, bəziləri bir məntəqə və ya qövmə göndərilərək böyük peyğəmbərin göstərişini yerinə yetirmişlər.
Bildirişlər
1. Peyğəmbərlər Allahın xüsusi nəzarəti altındadırlar.
2. Aləm Allahın hüzurundadır və O hər şeydən xəbərdardır.
3. Səmada da şüurlu mövcudlar var.
4. Peyğəmbərlər arasında da mərtəbələr və üstünlüklər mövcuddur. Hətta ən üstün insanlar və müttəqilər də eyni səviyyədə deyil.
5. Allahın birini o birindən üstün etməsi Onun hər şeyi əhatə edən elminə əsaslanır.
6. Səmavi kitab peyğəmbərin üstünlük nişanəsidir.
7. Əsas üstünlük var-dövlət, vəzifə, ömrün uzunluğu deyil, elmi üstünlükdür.