Əsas məzmuna keç

Əl-İsra surəsi - 58-ci Ayə

Surə 17
Ayə 58

Azərbaycan dilində tərcümə

Biz Qiyamət günündən qabaq hər bir (azğın) cəmiyyəti (öz cari qayda-qanunlarımıza uyğun olaraq, ümumi bir ölümlə) həlak edəcək və ya şiddətli bir əzaba (qıtlığa, vəbaya və digər xəstəliklərə) düçar edəcəyik. [Və ya: Qiyamət günündən qabaq müqəddimə olaraq hər bir cəmiyyətin yaxşılarını adi ölümlə və pislərini şiddətli bir əzabla həlak edəcəyik ki, yer üzündə heç kəs qalmasın.] (Bizim) bu (üsulumuz əzəli elmə əsasən Lövhi-Məhfuz) kitab(ın)da yazılmışdır.
Əl-İsra surəsi , 58-ci ayə
Əl-İsra surəsi 58-ci ayə
Tam Surə

Əl-İsra surəsi 58-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 58

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Qiyamətdən öncə həlak edilməyən və ya şiddətli əzaba düçar olunmayan bir məntəqə yoxdur. Bu, ilahi kitabda təsbit olunmuşdur.”
Nöqtələr
"Qəryə” dedikdə xalqın toplaşdığı şəhər və ya kənd nəzərdə tutulur. "Əl-kitab” sözü isə "lövhi-məhfuz”, yəni toxunulmaz təqdir lövhəsi mənasını bildirir. "Əl-kitab” dedikdə ümmətlərin süqut səbəblərinin əks olunduğu Quran da nəzərdə tutula bilər.
Bildirişlər
1. Dünya həyatı kimsə üçün əbədi deyil.
2. Yer üzündə həyat büsatının süqutu təsadüf deyil, ilahi qanuna əsaslanır. Fəlakətlər Allah tərəfindən öncədən təyin və qeyd olunmuşdur.