Əsas məzmuna keç

Əl-İsra surəsi - 79-cu Ayə

Surə 17
Ayə 79

Azərbaycan dilində tərcümə

Və gecənin bir hissəsini onun üçün – (yalnız) sənə əlavə bir vəzifə olan (Qur’an oxumaq və gecə nafiləsini qılmaq) üçün oyaq qal ki, bəlkə Rəbbin səni tərifə layiq bir məqama (şəfaət məqamına) qaldırsın.
Əl-İsra surəsi , 79-cu ayə
Əl-İsra surəsi 79-cu ayə
Tam Surə

Əl-İsra surəsi 79-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 79

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Gecənin bir vaxtı oyan və təhəccüd (gecə namazı) qıl. Bu, sənin üçün əlavə bir vəzifədir. Ola bilsin ki, Rəbbin səni təriflənmiş bir məqama yüksəldə.”
Nöqtələr
"Həcud” sözü "yatmaq” mənasını bildirir. "Təhəccüd” dedikdə isə ibadətlə yuxunu aradan qaldırmaq nəzərdə tutulur.
Gecə namazı ən fəzilətli namazlardandır. "Muzzəmmil” və "Muddəssir” surələrində gecənin bir yarısı oyanmaq əmr olunur. Rəvayətlərdə gecə namazının 30-dan çox fəziləti sayılır. Bu fəzilətlərdən bəzilərini nəzərdən keçirək:
- Bütün peyğəmbərlər gecə namazı qılmışlar. Gecə namazı bədənin sağlamlıq və qəbrin aydınlıq rəmzidir. Gecə namazı insanın əxlaqına, ruzisinə, qəmdən qurtuluşuna, borcunun ödənməsinə və gözünün nuruna təsir göstərir.("Səcdə”, 17; "Təfsiri-Məcməul-Bəyan” )
- Gecə namazı gündüzün günahını yuyur və qiyamət nurudur.("Təfsiri-Furqan” )
- İmam Sadiq (ə) buyurur: "Gecə namazının mükafatı o qədər böyükdür ki, Allah bu ibadətin müqabilində veriləcək mükafatdan kimsənin xəbərdar olmadığını bildirir.("Təfsiri-Nurus-Səqəleyn” )
- İmam Sadiq (ə) buyurur: "Möminin şərəfi gecə namazı, izzəti xalqa əziyyət verməməsidir”.
- Əbuzər Kəbə kənarında xalqa nəsihət edirdi ki: Qəbir dəhşəti və tənhalığına qarşı gecə yarı iki rəkət namaz qılın.”
- Gecə namazından məhrum olan şəxs biçarədir.
- Sizin ən üstününüz acı doyuran, aşkar salam verən, xalq yuxuda olanda namaz qılandır.
Başqaları üçün müstəhəb üç şey Peyğəmbərə (s) vacib idi: gecə namazı, misvak (dişləri yumaq) və sübh oyanmaq.("Bihar”, c. 87, s. 145 )
"Məqamən” sözündə əzəmət vardır. Rəvayətlərdə deyilir ki, təriflənmiş məqam həmin şəfaət məqamıdır.("Fəcr”, 1; "Muddəssir”,34; "Şəms”, 3 )
Həzrət Əli (ə) buyurur: "İnsanın günahları, əməlləri və pis rəftarı onu gecə namazından məhrum edir.”(Bax: "Fəcr”, 4; "Təkvir”, 17; "Muddəssir”, 33 )
Allah günün bütün vaxtlarına and içir.(Zariyat”, 18; "Ali-İmran”, 17 )Sübh vaxtına isə üç dəfə and içilir.("Təfsiri-Nurus-Səqəleyn” )Bu andlar tamamlanmaqda olan gecəyə də aiddir. Sübh vaxtı tövbə haqqında iki ayə nazil olmuşdur.(Təfsiri-Əl-Mizan” )
Bildirişlər
1. Peyğəmbərə (s) gecə namazı vacib idi. Bəli, rəhbərlik məqamının ağır vəzifələri var.
2. İbadət üçün ən yaxşı vaxt gecə yarısıdır.
3. İbadət və bəndəlik sayəsində bəyənilmiş mənəvi məqamlar əldə olunur.
4. Biz öz ibadətlərimizə görə Allahdan bir şey istəyə bilmərik. Yalnız ümid və Allahın fəzli əsasında gözləmək olar.
5. Gecə namazı təklikdə bəs etmir. Digər kamilliklər də lazımdır.
6. Özü kamilliyə doğru addım atmayan insanı Allah bir məqama çatdırmaz.
7. Yalnız Allah yanında bəyənilmiş məqamın dəyəri var. Qalan nə varsa puç şöhrətdir, dəyərli və qalarlı deyil. Məsəldə deyildiyi kimi, tüstü havaya qalxır, amma üzüqaradır.
8. Allah Özü övliyaları vasitəsi ilə şəfaət edir. Övliyaların bəndələrə Allahdan mehriban olması fikri düzgün deyil.