NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 80
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"De ki, ey Rəbbim! Məni yaxşılıq və sədaqətlə (əməllərə) daxil et və xoş bir çıxışla xaric buyur. Mənim üçün Öz tərəfindən güclü hökm və dəlil ver.”
Nöqtələr
Bir iş və ya bir şəxs üçün başlanğıcda ən yaxşı vəsf sədaqətdir. Bir çox işlər riyakarlıq, tamah, yalan, üstünlük tələbi kimi pis səbəblərdən başlaya bilər. Ya da sədaqətlə başlamış bir iş qurur, təkəbbür, minnət kimi pis təzahürlərlə sonuclana bilər. Bu yolla bütün bərəkətlər məhv olar. Bir çox fəaliyyətlərin daşa dəyməsinin səbəbi onlarda sədaqətin olmaması, ilahi qeyblərdən məhrumluqdur.
İmam Sadiq (ə) buyurur: "Bir işə başlayarkən qorxsan, bu ayəni oxu və addım at.”(Bax: "Rəd”, 17 )
İnsan elə bir məqama çatır ki, "siddiqin” zümrəsinə qatılır. O dediyinə əməl edir, əməl etdiyini deyir.("Ənbiya”, 18 ) Onun qəlbi, dili və əməli bir-birindən fərqlənmir.
Sultanən-nəsira” təbirinə layiqli canişini, vəfalı dostu, canıyanan vəzir və ya işçini nümunə göstərmək olar.
Bildirişlər
1. İstəklərimizi Allah qarşısında dilə gətirək.
2. Namazla yanaşı, namazdan sonrakı duanın daha çox təsiri var.
3. Necə dua oxumağı, duada nə deməyi də Allahdan öyrənmək lazımdır.
4. Müdiriyyət üsullarından biri gələcəyi nəzərə almaq, uzağı görməkdir.
5. Yaxşı son yaxşı başlanğıcdan daha mühümdür. Şirin başlanğıca aldanmayaq, pis aqibət təhlükəsindən Allaha pənah aparaq.
6. Dua və Allahın yardımları olmadan başlanğıc və sonu sədaqətlə müşayiət olunan, büdrəməsiz bir ümumdünyəvi inqilaba rəhbərlik mümkünsüzdür.
7. Bütün işlər Allahın əlindədir, Ondan yardım diləmək lazımdır.
8. Müqəddəs amallar üçün qüdrət əldə etmək dəyərdir.
9. Mömin yardım və qələbəni yalnız Allahdan istəyir.