Əsas məzmuna keç

Əl-İsra surəsi - 77-ci Ayə

Surə 17
Ayə 77

Azərbaycan dilində tərcümə

(Budur, Bizim) səndən qabaq göndərdiyimiz peyğəmbərlərimizin (barəsində olan) qayda və yolu(muz ki, onların ümmətlərindən bu cür itaətsizlik və azğınlıqların baş verməsinin ardınca tez bir zamanda həlak edilirdilər). Sən Bizim cari qayda-qanunlarımızda əsla bir dəyişiklik tapmazsan.
Tam Surə

Əl-İsra surəsi 77-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 77

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Səndən öncə göndərdiyimiz peyğəmbərlər haqqında da bu sünnə (tüğyan edənlərin məhvi) cərəyan edirdi. Bizim sünnəmizdə heç bir dəyişiklik tapmazsan.”
Nöqtələr
Peyğəmbərlərin təsdiqi, kafirlərin və zalımların məhvi ilahi sünnədir. Quranda buyurulur: "Kafirlər öz peyğəmbərlərinə dedilər: "Şübhəsiz, biz sizi öz torpağımızdan çıxararıq. Yalnız ayinimizi qəbul etsəniz belə olmaz.” Amma Allah onlara vəhy etdi ki, Biz hökmən sitəmkarları məhv edərik.”(Kafi”, c. 3, s. 275)
Bildirişlər
1. İlahi sünnələr hikmətə əsaslandığından sabitdir. Tarix boyu bu sünnələr dəyişməz.
2. Peyğəmbərlərə qarşı kafirlərin fitnəsi və Allahın qeybi yardımları tarixi köklərə malikdir.
3. Tarixi dəyişikliklər sabit ilahi sünnələrə əsaslanır.
4. Allah adildir. Eyni şəraitlərdə Onun mərhəmət və qəhr-qəzəbi də eyni olur.