Əsas məzmuna keç

Əl-İsra surəsi - 82-ci Ayə

Surə 17
Ayə 82

Azərbaycan dilində tərcümə

Biz, Qur’andan möminlər üçün (mənəvi və ictimai xəstəliklərə) şəfa və rəhmət olan şeyi nazil edirik və o, zalımlara (ruhi və ictimai) ziyandan başqa bir şey artırmır.
Əl-İsra surəsi , 82-ci ayə
Əl-İsra surəsi 82-ci ayə
Tam Surə

Əl-İsra surəsi 82-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 82

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Qurandan nazil etdiyimiz möminlər üçün şəfa və rəhmətdir. Bu, sitəmkarların yalnız zərərini artırar.”
Nöqtələr
"Minəl-Qurani” təbirindəki "min” "bəzi” mənasını bildirmir. Ayədə məqsəd bu deyil ki, Quranın bəzi hissələri şəfadır, bəziləri yox. "Minəl-Quran” "Qurandan” mənasında anlaşılmalıdır və bu təbir Quranda nazil olan istənilən bir hissənin şəfa olduğunu göstərir.
Quran hamının hidayəti üçün nazil olsa da("Nəhcül-bəlağə”, x. 176 ), yalnız ruhunun pəncərəsini Qurana açanlar bu nurdan faydalana bilir. Onlar inadkarlığı bir kənara qoyub, sağlam ruhla Quran sorağınca gedirlər.(Bax: "Ənam”, 12 ) Quran xəstə qəlbli inadkarların yalnız zərərini artırır. Necə ki, öz-özlüyündə pak olan yağış murdarın (leşin) üstünə yağdıqda onun üfunəti qalxır.
Quran dəlilləri düşüncədəki dolaşıqlıqları açır. Quran moizələri qəlbi yumşaldır. Quranın tarixi insanı tərəddüddən çıxarır. Quranın ahəng və fəsahəti uzaqlaşan ruhu cəzb edir, qanun və hökmləri xurafi adətlərin kökünə balta çalır, tilavət və tədəbbürü (mənalarının düşünülməsi) qəflət xəstəliyinə şəfa verir. Onun bərəkəti ilə cismin xəstəlikləri şəfa tapır, göstərişləri insanı zülmətlərdən nura çıxarır.
Quranın şəfası ilə maddi dərmanların şəfası arasında böyük fərqlər var. Quran dərmanının heç bir zərəri yoxdur, istifadə müddəti məhdud deyil. Quranla şəfa tapan şəxs başqalarının şəfa tapması üçün amil olur. Quranın şəfa nüsxəsində yanlışlığa yer yoxdur. Bu şəfa daim hamının ixtiyarındadır. Bu dərmanın təbibi bizi tanıyır, sevir. Onun təyin etdiyi nüsxənin oxşarı yoxdur və O, əbədidir.
Həzrət Əli (ə) buyurur: "Quran küfr, nifaq, azğınlıq kimi böyük dərdlərin dərmanıdır.”(Bax: "Ənbiya”, 107 )
Allah Öz məxluğuna mərhəmət göstərməyi zəruri saymışdır.(Bax: "Fəth”, 29 )O, Öz peyğəmbərini aləmlər üçün rəhbər qərar vermişdir.(Təfsiri-Nurus-Səqəleyn” ) Onun ümməti bir-biri üçün, kitabı hamı üçün rəhmətdir.("Təfsiri-Furqan” )
Bildirişlər
1. Quran bəşər və fitrətin xaliqi tərəfindən nazil olduğu üçün onun qanunları da fitrətə uyğundur, nicatvericidir.
2. Rəhman və Rəhim Allah tərəfindən olan hər şey rəhmətdir.
3. Kafirlər Quranın əmr və qadağalarına əməl etmədiklərindən hər bir göstərişin nazil olması onların günahını artırır, zərərlərini vüsətləndirir.