NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 84
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"De ki, hər kəs öz şəklinə, xislətinə uyğun əməl edər. Allah hidayətə daha yaxın olan kəsi daha yaxşı tanıyır.”
Nöqtələr
İmam Sadiq (ə) niyyətdən və niyyətin ən üstün əməl olmasından danışarkən bu ayəni tilavət etmişdir.(Bax: "Səcdə”, 9 )
"Şakilə” dedikdə insan ruhunun irsiyyət, tərbiyə, cəmiyyətin təsirindən formalaşmış şəkli nəzərdə tutulur. Bəziləri bu sözün fitrət mənasını bildirdiyini qeyd edir. Halbuki fitrət sabitdir. İnsanları bir-birindən fərqləndirən onların niyyəti, xisləti, adəti, düşüncə tərzi, ailə durumudur. Hər bir insanın əməli bu şərtlərlə müəyyənləşir.(Bax: "Ğafir”, 15 )
Bildirişlər
1. İnsanın rəftarını müəyyənləşdirən onun düşüncəsi, ruhu və əxlaqıdır (məsəldə deyildiyi kimi, nə tökərsən aşına, o da çıxar qaşığına).
2. Rəftarlar insanın hal və adətlərindən qaynaqlandığı üçün yersiz xislətlərdən çəkinmək, əməllərin xasiyyətə çevrilməsinə imkan verməmək lazımdır.
3. Hidayət yolunun da dərəcələri və mərtəbələri var.
4. Niyyət üstün olduqca hidayət də yaxın olur.