Əsas məzmuna keç

Əl-İsra surəsi - 83-cü Ayə

Surə 17
Ayə 83

Azərbaycan dilində tərcümə

İnsana (sağlamlıq, mal və məqam) nemət(i) bəxş edəndə o, üz döndərər və özünü Bizdən uzaqlaşdırar, ona (xəstəlik və yoxsulluq kimi) bir şər yetişəndə isə bərk naümid olar.
Tam Surə

Əl-İsra surəsi 83-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 83

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Nə vaxt insana bir nemət əta etdiksə, üz çevirdi, (təkəbbürlə) çiyin çəkdi. Elə ki, (azca) zərərə düşdü, hər şeydən ümidini üzdü.”
Nöqtələr
"Nəa bicanibihi”, yəni çiynini çəkib özünə güvəndi.
Bildirişlər
1. Rifah və asayiş qəflət üçün zəmin yaradır.
2. İnsan bütün nemətləri Allah tərəfindən bilib, Ona meyl etmək əvəzinə Allaha arxa çevirib öz düşüncəsinə, istedadına, işinə güvəndi.
3. Nemətlər Allahdan, pisliklər isə öz əməllərimizdəndir.
4. İnsan o qədər zəifdir ki, nemət əldə etdikdə qəflətə düçar olur, kiçik bir hadisədən ümidsizləşir.