NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 85
MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"Səndən ruh haqqında soruşurlar. De ki, ruh Rəbbimin işlərindəndir (Ona aiddir). Sizə yalnız az bir bilik verilmişdir.”
Nöqtələr
Quranda "ruh” sözü 21 dəfə aşağıdakı mənalarda işlədilmişdir: insan cisminə üfürülmüş ruh(Bax: "Şuəra”, 52 ), vəhy(Bax: "Bəqərə”, 87 ), Quran(Bax: "Qədr”, 4 ), Ruhul-qüdüs("Təfsiri-Nurus-Səqəleyn” ), böyük mələk(Bax: "Ənfal”, 31 ).
Hər halda bəşər ruhu qapalı, tanınmamış bir həqiqət, ilahi nəfəsdir. Onun səmavi yönümü var və yalnız Allah tərəfindən tanınır.
İmam Baqir (ə) "qəlil” ("az”) sözünün az elmə yox, az fərdlərə işarə olduğunu bildirmişdir.(Kəhf”, 53; "Furqan”, 12, 13. ) Yəni kamil elm yalnız az bir qismə verilər, yalnız onlar ruhdan xəbərdar olar.
Bildirişlər
1. Peyğəmbərlər xalqın suallarla müraciət ünvanı olmuşlar.
2. Ruh insan düşüncəsinin fövqündə olan bir həqiqətdir və ilahi sirlərdəndir.
3. Bütün bəşəri biliklər ilahi hədiyyədir.
4. İnsanın elmi məhdud və çox azdır.