Əsas məzmuna keç

Əl-İsra surəsi - 96-cı Ayə

Surə 17
Ayə 96

Azərbaycan dilində tərcümə

(Dəvət və möcüzələrin onlara təsir edəcəyindən naümid olduqdan sonra) de: «Allahın (cəza günü mənim Onun Peyğəmbəri olmağıma və peyğəmbərlik tapşırıqlarını çatdırmağıma şəhadət vermək üçün) mənimlə sizin aranızda şahid olması kifayətdir. Çünki şübhəsiz O, həmişə bəndələrindən xəbərdar və (onları) görəndir.»
Əl-İsra surəsi , 96-cı ayə
Əl-İsra surəsi 96-cı ayə
Tam Surə

Əl-İsra surəsi 96-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Əl-İsra surəsi / ayə 96

MÖHSÜN QƏRAƏTİ
10.01.2026
"De ki, mənimlə sizin aranızda şahidlik üçün Allah bəs edər. Həqiqətən, O Öz bəndələrinə münasibətdə agah və görəndir.”
Bildirişlər
1. İnsan təkcə elm, ağıl və dəlillərlə hidayət olmur, ilahi tövfiq də lazımdır.
2. Azğınlara Allahdan başqa nicat verən yoxdur.
3. Qulağından haqqı eşitmək, gözündən haqqı görmək, dilindən haqqı demək üçün istifadə etməyən insan qiyamətdə kor, kar və lal vəziyyətdə səhnəyə gətirilir. Bu, bir növ insanın əməllərinin təcəssümüdür!
4. Cəhənnəm odu günahkarlar üçün daim alışmaqdadır.