NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 10
MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Sizin üçün səmadan su endirən Odur, içdiyiniz Ondandır. (Heyvanlarınızı) otardığınız otlar da Ondandır.”
Nöqtələr
"İsamət” sözündən olan "tusimunə” sözü çəmənlikdə heyvanların otarılması mənasını bildirir. "Şəcər” sözünün ərəb dilində həm otlara, həm ağaclara, həm də kolluqlara aid olan ümumi mənası var. Məsələn, "Saffat” surəsinin 146-cı ayəsində balqabaq (boranı) haqqında danışılarkən "şəcərə” sözü işlədilmişdir.
Bildirişlər
1. Yağışın yağması təsadüfi deyil, Allahın iradəsi ilə gerçəkləşir.
2. Yağış insanların bəhrələnməsi üçün nazil olur.
3. Eyni bir sudan insan da, bitki də, heyvan da istifadə edir.