Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 9-cu Ayə

Surə 16
Ayə 9

Azərbaycan dilində tərcümə

(əqidə, nəfsin adətləri və əməllərin) düzgün yol(unu göstərmək) Allahın öhdəsinədir və yollardan bəzisi əyridir. Əgər istəsəydi sizin hamınızı (məcburi surətdə) hidayət edərdi (lakin din yolunu seçməkdə məcburiyyət yoxdur).
Ən-Nəhl surəsi , 9-cu ayə
Ən-Nəhl surəsi 9-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 9-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 9

MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Orta yol (doğru yolu göstərmək) Allahın öhdəsinədir. Əyri yollar da var. Allah istəsə hamınızı (məcburi şəkildə) doğru yola yönəldər. (Amma məcburi işin faydası yoxdur. Allahın sünnəsi, qanunu insanları azad buraxmaqdır.)
Nöqtələr
Xalqın tərbiyəsi və hidayəti Allahın Özü üçün vacib saydığı işlərdəndir.
"Qəsd” dedikdə orta hədd nəzərdə tutulur. "Qəsdus-səbil” dedikdə isə orta, doğru yol mənası başa düşülür. Loğman öz oğluna orta yerişi tövsiyə edir.
Bildirişlər
1. Maddi nemətlərlə yanaşı ən mühüm mənəvi nemət olan hidayətə diqqət yetirək.
2. Allah yalnız doğru yola yönəldir. Əyri yollar isə bizim öz seçimimizdir.
3. Allah insanların məcburi surətdə iman gətirməsini istəmir. Əgər Allah istəsəydi, hamını məcburi şəkildə hidayət edərdi. Demək, xalqın bir hissəsinin yolunu azması Allahın iradəsi üzərində qələbə və ya Onun acizliyi sayılmamalıdır.
4. Allah insanı yol seçimində azad buraxmışdır.