Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 107-ci Ayə

Surə 16
Ayə 107

Azərbaycan dilində tərcümə

Bu (qəzəb) onların dünya həyatını axirətdən üstün tutmalarına görədir. Həmçinin ona görə ki, Allah kafirlərin dəstəsini (bütün dəlil-sübutlar təqdim edildikdən sonra) hidayət etmir.
Ən-Nəhl surəsi , 107-ci ayə
Ən-Nəhl surəsi 107-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 107-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 107

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Bunun (ilahi qəzəbin) səbəbi onların dünya həyatını axirət həyatından üstün tutmalarıdır. Şübhəsiz, Allah kafir qövmü hidayət etməz.”
Bildirişlər
1. Dünyapərəstlik və dünyanı axirətdən üstün tutmaq imansızlıq, mürtədlik, ilahi qəzəb üçün zəminədir. (Rifah həvəsi və məhdudiyyətlərdən qaçmaq materializmə yönəlmə səbəblərindəndir.)
2. Dünyapərəstlik küfrün qəbulu üçün insanın ruhuna və qəlbinə yol açır.