Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 105-ci Ayə

Surə 16
Ayə 105

Azərbaycan dilində tərcümə

(Peyğəmbər bu kitabı yalandan Allaha nisbət vermir, yaxud mənaları başqalarından götürüb kəlmələri özü quraşdırmır, çünki Peyğəmbər yox) yalnız Allahın ayələrinə iman gətirməyənlər yalan uydurarlar və yalançı onlardır!
Ən-Nəhl surəsi , 105-ci ayə
Ən-Nəhl surəsi 105-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 105-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 105

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Şübhəsiz, yalanı yalnız ilahi ayələrə iman gətirməyənlər uydururlar. Onlar özləri yalançıdırlar.”
Nöqtələr
Ötən iki ayədə kafirlərin Peyğəmbərə (s) qarşı böhtanlarından danışıldı. Kafirlər deyirdilər ki, bu ayələri ona bəşər öyrədib və o bu sözləri yalandan Allaha aid edir. Onlara cavab olaraq buyuruldu: "Həmin şəxs ərəb deyil, bundan əlavə, Allah kafirə ilahi maarif təlim etməz.” Bu ayədə isə belə buyurulur: "Peyğəmbər başqalarının sözünü Allaha aid edən deyil və bu iş iman gətirməyənlərin işidir.
Quran buyurur: "Əgər bir sözü yalan olaraq Bizə aid etsə, onun həyat damarlarını (belə) qət edərik.”
"Təfsiri-Dürrül-Mənsur” və "Təfsiri-Əl-Mizan”da nəql olunur ki, həzrət Peyğəmbər (s) belə buyurmuşdur: "Mömindən zina və oğurluq baş verə bilər, yalan isə yox!” Sonra həzrət bu ayəni tilavət etmişdir.