Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 112-cü Ayə

Surə 16
Ayə 112

Azərbaycan dilində tərcümə

Allah (itaətsizlik və nemətə nankorluğun aqibəti barəsində düşməndən və pis hadisələrdən) amanda və xatircəm olan, ruziləri hər tərəfdən bol-bol gələn cəmiyyəti məsəl çəkib. Belə olan halda onlar Allahın nemətlərinə nankorluq etdilər, Allah da etdiklərinin cəzası olaraq onlara aclıq və qorxu libası geyindirdi və onlara onun tamını dadızdırdı.
Ən-Nəhl surəsi , 112-cü ayə
Ən-Nəhl surəsi 112-cü ayə
Tam Surə

Ən-Nəhl surəsi 112-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 112

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Allah əmin-amanlıqda olan bir şəhəri misal çəkər. Onun ruzisi hər tərəfdən firavandır. Amma Allahın nemətinə nankorluq göstərdilər. Allah əməllərinə görə onlara aclıq və qorxu libasını daddırdı.”
Nöqtələr
Aclıq və qorxuya münasibətdə "libas” təbirinin işlənməsində məqsəd bu iki bəlanın insan vücudunu libas tək bürüməsi ola bilər. "Daddırmaq” dedikdə aclıq və qorxunun onların canının dərinliyinə işləməsinə işarə olunur.
Bildirişlər
1. Bəşər tarixinin qanunauyğunluqları var və bu tarixə ilahi sünnə hakimdir.
2. Tarix və keçmiş qövmlərlə bağlı Quran misallarından ibrət götürək.
3. Əmin-amanlıq və asayiş nemətlər arasında öndə gəlir və cəmiyyətin maddi rifahı üçün zəmindir.
4. Məmləkətin müəyyən ehtiyacları idxal yolu ilə təmin edilə bilər.
5. Axirət əzablarına münasibətdə dünya əzabları içmək yox, bir növ dadmaqdır.
6. Nankorluğun elə bu dünyada cəzası var.
7. Nankorluq nemətlərin puça çıxması səbəbidir.
8. İqtisadi gerilik və ictimai nizamsızlıq bu cəmiyyətin dini əsaslara etinasızlığını göstərir.
9. Nankorluğun yoxsulluq və aclıq kimi fiziki, qorxu və nizamsızlıq kimi ruhi əzabları var.