NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 113
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Əlbəttə, onlara öz aralarından peyğəmbər gəldi. Amma onu təkzib etdilər. Onları sitəmkar olduqları halda əzab yaxaladı.”
Nöqtələr
Bu ayə ötən ayənin davamı olaraq buyurur: "Naşükür insanlar nəinki maddi, hətta ilahi peyğəmbərlər kimi mənəvi nemətləri də inkar etdilər. Nəticədə Allahın qəhr-qəzəbinə düçar oldular.
Bildirişlər
1. Peyğəmbərlər xalq arasından çıxmış ictimai insanlar idilər. Kafirlər onların kimliyini bilir, amma inadkarlıq göstərirdilər.
2. Yalnız höccət tamamlandıqdan, bəhanəyə yer qalmadıqdan sonra əzab gəlir.
3. Peyğəmbərlərin təkzibi insanın həm özünə, həm də məktəb və rəhbərə qarşı zülmdür.