Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 114-cü Ayə

Surə 16
Ayə 114

Azərbaycan dilində tərcümə

Buna görə də Allahın şəriət baxımından halal və zatən pak olaraq sizin ruziniz etdiyi şeylərdən yeyin, istifadə edin və əgər yalnız Ona ibadət edirsinizsə, Allahın nemətinə şükr edin.
Ən-Nəhl surəsi , 114-cü ayə
Ən-Nəhl surəsi 114-cü ayə
Tam Surə

Ən-Nəhl surəsi 114-cü Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 114

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Allahın sizə ruzi etdiyi halal və pak şeylərdən yeyin. Yalnız Ona pərəstiş edirsinizsə, nemətinin şükrünü yerinə yetirin.”
Nöqtələr
İslam həm pak, həm də halal şeylərlə qidalanmağa icazə verir. Şərab və donuz əti kimi şeylər qadağandır. Çünki şərab və donuz əti zatən çirkindir. Öz-özlüyündə pak olan bir şey haram pulla alınarsa, haram hökmündədir.
Əgər nankorluq və peyğəmbərlərin təkzibi qəhr-qəzəb və əzaba səbəb olursa, nankorluq və küfr əvəzində halal nemətlərdən faydalanıb şükür edin.
Bildirişlər
1. İslamda riyazət (nəfsə işgəncə) və rahiblik (guşənişinlik) yoxdur.
2. Hər ələ düşəndən yox, yalnız halal çərçivəsində olandan istifadə etmək olar.
3. Dini göstərişlər insan fitrətinə uyğundur. İnsan təbiətinə uyğun olan qidalardan istifadə etmək olar.
4. İslam dini kompleks dindir, onun göstərişləri də əhatəlidir. Bu dində həm zahiri, həm də batini paklıq şərt sayılır.
5. Əlimizə düşən ruzini öz zirəkliyimizin nəticəsi yox, Allahın hədiyyəsi sayaq.
6. İnsan qarnını doyurmaq xatirinə yox, vəzifəsini yerinə yetirmək üçün yeməlidir.
7. Nemətə şükür etmədən ibadət və bəndəlik yetərsizdir.