Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 120-cu Ayə

Surə 16
Ayə 120

Azərbaycan dilində tərcümə

Həqiqətən, İbrahim (insani kamilliklərinə görə özü təklikdə sanki) bir ümmət idi. [Və ya: İbrahim öz əsrində bir müddət təkbaşına islami bir ümmətin nümunəsi idi.] O, Allah qarşısında təvazökar və itaətkar, haqqa yönələn idi və heç vaxt (nə vücudda, nə rübubiyyətdə, nə ibadətdə və nə də itaətdə) müşriklərdən olmamışdı.
Ən-Nəhl surəsi , 120-cu ayə
Ən-Nəhl surəsi 120-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 120-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 120

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Həqiqətən, İbrahim (təklikdə) bir ümmət idi. O, Allah qarşısında təvazökar, müti və haqpərəst idi, müşriklərdən deyildi.”
Nöqtələr
Bu ayədə Allah İbrahimi təklikdə bir ümmət sayır. Təfsirçilər bu münasibətlə bağlı müxtəlif fikirlər söyləmişlər. O cümlədən:
1. İbrahim kimsəyə aid olmayan bir məktəbdə idi. Ona görə də ümmət sayılmalıdır.
2. İbrahimdə bir ümmətdə olacaq qədər xeyir, yaxşılıq və kamal vardı. Şairin təbirincə "bütün salehlərdə olan təklikdə səndə var.”
3. "Ümmət” sözü müəllim mənasını bildirir və İbrahim yaxşılıqlar müəllimi idi.
4. Ümmət dedikdə rəhbər, məqsəd və bütün allahpərəstlərin imamı nəzərdə tutula bilər.
5. Onun bir ümmətə xas şəxsiyyət və böyüklüyü vardı.
6. Çünki ümmət ona sığınmışdı.
7. İbrahim alim idi, alim isə bir ümmətə yol göstərir.
8. İbrahim qiyam qaldırıb bir ümmətin işini gördü və bu işdə yoldaşı yox idi.
Bildirişlər
1. İlahi insanların tərifi, ideallar və tövhid qəhrəmanlarının tanıtdırılması tərbiyə üsullarındandır.
2. Say mühüm deyil, mühüm keyfiyyət və hərəkat yaratmaqdır.
3. Allah yolunda təklikdən qorxmayın.
4. İnsan mühitə, cəmiyyətə və tarixə tabe deyil.
5. İbrahimin həm əməli, həm də əqidəsi xalis idi.
6. İnsanlarla xoş keçinmənin tövhid inancına zərəri yoxdur. (İbrahim öncə ətrafındakılarla müdara üçün ayı və günəşi Rəbb kimi qəbul etdiyini söylədi. Amma ay və günəş batan vaxt "mənim qürub edənlərdən xoşum gəlmir” söylədi. Quran isə İbrahimi belə tanıtdırır: "O bir an olsun müşrik olmadı”.
7. İnsanı dəyərli edən onun ifrat və təfritə yol vermədən agah ibadət-itaəti, xalisliyidir.