NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 118
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Yəhudilərə bundan öncə sənə nəql etdiklərimizi haram buyurduq. ("Nəhl” surəsindən öncə nazil olunmuş "Ənam” surəsində bəyan olunan haramlardan əlavə, yəhudilərə cəza olaraq başqa qadağalar da qoyulmuş) (bu qadağalarla) onlara zülm etmədik. Bu onların özlərinə rəva qıldıqları zülm idi.”
Nöqtələr
Bir neçə ayə öncə yalnız 4 şeyin haramlığı buyuruldu. Murdar (ölmüş heyvan), qan, donuz əti, Allahdan qeyrisinin adı ilə kəsilmiş heyvan. Belə bir sual yaranır ki, əgər bu dörd şey haramdırsa, nə üçün "Ənam” surəsinin 146-cı ayəsində yəhudilərə dırnaqlı heyvanların, mal və qoyunun piyinin haram edilməsindən danışılır? Bu ayədə həmin suala cavab verilir: yəhudilərə bu sayaq əlavə qadağalar qoyulmasının səbəbi, onların iqtisadi təzyiqə məruz qoyulması və tənbehi olmuşdur.
İslamda iki növ qadağa var: Bütün xalqa aid olan daimi qadağa və bir dəstəyə aid olan müvəqqəti qadağa.
Bildirişlər
1. Bəzi qidaların haram buyurulması yolu, iqtisadi mühasirə ötən ümmətlərin düçar olduğu ilahi cəzalardandır.