NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 119
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Sonra, əlbəttə, sənin Rəbbin, nadanlıq üzündən pis iş görüb, ardınca tövbə qılıb saleh işə üz tutanları həmin tövbədən sonra (bağışlayar), şübhəsiz, O, bağışlayan və mehribandır.”
Nöqtələr
Cəhalət dedikdə bilməmək nəzərdə tutulur. Amma nəfsinə tabe olaraq bildiyinə əməl etməyən insan da cahil sayılır. "Ənam” surəsinin 54-cü ayəsində də cəhalət bu mənada işlədilmişdir.
Bildirişlər
1. İslamda çıxılmaz vəziyyət yoxdur, insan üçün geriyə yol qoyulmuşdur.
2. Tövbənin qəbulu ilahi rübubiyyət şənindəndir və tərbiyə üsuludur.
3. Həqiqi tövbə islah və səhvlərin aradan qaldırılması ilə müşayiət olunur.
4. Tövbə yolu hamının üzünə açıqdır.
5. İnkar və inadkarlıq yox, nəfsin qələbəsi səbəbindən baş verən günahlara qılınan tövbə daha asan qəbul olunur.
6. Həqiqi tövbənin qəbuluna şübhə yoxdur.
7. Allah xətakarı qəbul etməklə yanaşı ona mehribanlıq göstərir.