Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 16-cı Ayə

Surə 16
Ayə 16

Azərbaycan dilində tərcümə

Və həmçinin (yerdə, insanları öz məqsədlərinə doğru istiqamətləndirmək üçün) əlamətlər (qoydu) və onlar (axşam) (qütb və sairə) ulduz(unun) vasitəsilə yolu tapırlar.
Ən-Nəhl surəsi , 16-cı ayə
Ən-Nəhl surəsi 16-cı ayə
Tam Surə

Ən-Nəhl surəsi 16-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 16

MÖHSÜN QƏRAƏTİ
16.12.2025
«Digər nişanələr (qərar verildi) və onlar ulduzlar vasitəsi ilə yol taparlar.»
Nöqtələr
Düzənliklərdə hərəkət və yolu tapmaq üçün əlamətlərə ehtiyac var. Allah bu ayədə gündüz və gecə yol göstərən iki əlamətə işarə edir.
Təkcə düzənlikdə yol tapmaq üçün yox, həm də haqqı batildən seçmək üçün əlamətlərə ehtiyacımız var. İslam Peyğəmbəri (s) özündən sonra əlamətlər qeyd etdi. Tərəddüddə qalan insanlar bu əlamətlərə nəzər salmaqla haqqı tanımalıydılar. Bu əlamətlərdən birincisi həzrət Zəhradır (s). İslam Peyğəmbəri (s) qızı Zəhra (Fatimə) (s) haqqında buyurur: "Onun razılığı mənim razılığım, onun qəzəbi mənim qəzəbimdir.” Həzrət Peyğəmbərin (s) təqdim etdiyi digər bir əlamət Əbuzər Qəffaridir. İslam Peyğəmbəri (s) onun haqqında buyurur: "Səmanın kölgə saldığı ən doğru şəxs Əbuzərdir.” Əbuzərin kimi himayə etməsinə diqqətli olmalıyıq. Bu böyük insanı kim sürgün etdi? Digər bir əlamət Əmmar Yasirdir. Həzrət Peyğəmbər (s) buyurur: "Əmmarın qatili azğın qrupdur.” Xalq şahid oldu ki, Əmmar Siffeyn döyüşündə Müaviyə qoşunu tərəfindən öldürüldü. Peyğəmbərdən (s) sonra haqqın ən aşkar əlaməti imam Hüseyn (ə) olmuşdur. Həzrət Peyğəmbər (s) Hüseyn (ə) haqqında buyurur: "Hüseyn məndəndir, mən də Hüseyndən.” İmam Sadiq (ə) buyurur: "Biz əlamətlərik.”
Ulduzlar da qibləni müəyyənləşdirmək üçün vasitədir. Heç bir əlamət olmayan dənizlərdə və səhralarda ən yaxşı əlamət ulduzlardır.
Bildirişlər
1. Necə ola bilər ki, insanların dünyəvi baxımdan hidayəti (doğru yola yönəldilməsi) üçün əlamətlər müəyyənləşdirən Allah onların mənəvi hidayətinə diqqət yetirməsin?
2. İslam nücum, ulduzşünaslıq elminə diqqət ayırır.