NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 54
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Amma elə ki, Rəbbiniz sizi nigarançılıq və möhnətdən qurtarır, qəfildən bir dəstəniz Ona şərik qoşur. (Başqa səbəbləri və fərdləri bəlanın aradan qaldırılmasında iştirakçı sayır.)
Nöqtələr
"Zurr” dedikdə nemətin itirilməsindən yaranan nigarançılıq nəzərdə tutulur. "Təcərun” sözü nalə, yalvarış mənasını bildirir.
Bu ayənin məzmunu digər ayələrdə də təkrarlanmışdır:”Dənizin ortasında təhlükəyə düşdükdə Ondan başqa xəyalınızda olanlar məhv olur. Amma elə ki, sizi sahilə çatdırdı, üz çevirib nankorluq edirsiniz.”
Həzrət Peyğəmbər (s) buyurur: "Allahın nemətlərinin yalnız yemək və geyimdən ibarət olduğunu düşünən kəs həm səhlənkarlıq edib, həm də Allahın qəhr-qəzəbinə yaxınlaşıb.”
Bildirişlər
1. İlahi nemətləri öz səy, təhsil və müdiriyyətinizin nəticəsi, bəxt və ya təsadüf saymayın.
2. Bütün nemətlər, hətta əhəmiyyətsiz saydığınız şeylər sizə Allahın iradəsi ilə verilmişdir.
3. Həm nemətlər Ondandır, həm də təhlükələr zamanı yeganə sığınacaq Odur.
4. Bəla və çətinlik allahpərəstlik fitrətini oyadır.
5. İnsan zəifdir və azacıq bir müsibətlə üzləşdiyi zaman çarəsiz qalır.
6. Nemətlər Allahdandır, çətinlik və zərərlər isə özümüzdən.
7. Allaha iman və yalvarış davamlı olmalı, müvəqqəti xarakter daşımamalıdır.
8. Rifah və asayiş Allahdan qəflət və şirkə meyl zəminidir.
9. Allaha diqqət fitri olduğundan hamıya aiddir. Şirk isə yalnız bəzilərinə aiddir.
10. Bəla və müsibətlərin Allahdan savay bir varlıq tərəfindən aradan götürüldüyünü düşünmək şirkdir.