Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 56-cı Ayə

Surə 16
Ayə 56

Azərbaycan dilində tərcümə

(müqəddəslikləri və vücudlarının təsirləri barəsində) elmləri olmayan şeylər (bütlər) üçün, ruzi olaraq onlara verdiklərimizdən pay qoyurlar. (Ey müşriklər) Allaha and olsun ki, (Qiyamət günü) iftira etdiyiniz şey barəsində sorğu-sual ediləcəksiniz.
Ən-Nəhl surəsi , 56-cı ayə
Ən-Nəhl surəsi 56-cı ayə
Tam Surə

Ən-Nəhl surəsi 56-cı Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 56

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Müşriklər) onlar üçün müəyyənləşdirdiyimiz ruzi payından heç nə bilməyən bütlər üçün ayırırlar. And olsun Allaha, hökmən iftira yaxdığınız şeylərlə bağlı sorğuya çəkiləcəksiniz.”