Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 55-ci Ayə

Surə 16
Ayə 55

Azərbaycan dilində tərcümə

Sonda onlara verdiklərimizə küfr və nankorluq etmək üçün. Buna görə də, (dünyanın ləzzətlərindən) bəhrələnin ki, tezliklə biləcəksiniz.
Ən-Nəhl surəsi , 55-ci ayə
Ən-Nəhl surəsi 55-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 55-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 55

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"(Nemət və çətinliklərin aradan qaldırılması kimi) onlara verdiyimizə nankorluq üçün belə edirlər. Ləzzət alın, tezliklə biləcəksiniz (nankorluq və şirkinizin cəzası nədir).”
Nöqtələr
Ötən ayələr və hazırkı ayə ilahi dəvət və tərbiyə yolunu göstərir: Allah yeganədir, hər şeyin sahibidir, mürəbbidir, nemət verəndir, fəryada yetişəndir... Yenədəmi başqalarının sorağına gedək?!
Bildirişlər
1. Şirkin sonu Allaha qarşı küfr və Onun nemətlərinə qarşı nankorluqdur.
2.Allahdan qeyrisinə bağlılıq Onun nemətlərinə qarşı nankorluqdur.
3. Xalq daim nankorluq etsə də, Allah Öz nemətlərini kəsmir.
4. Küfr qatqılı ləzzətlərin sonu ilahi qəhr-qəzəbdir. "İbrahim” surəsinin 30-cu ayəsində də bu nöqtəyə işarə olunur.