Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 59-cu Ayə

Surə 16
Ayə 59

Azərbaycan dilində tərcümə

O, verilmiş müjdənin pisliyindən öz qəbiləsindən qaçıb gizlənər (və bilməz ki,) görəsən onu xəcalətlə saxlasın, ya (diri-diri) torpaq altında gizlətsin? Bilin, pis hökm çıxarırlar!
Ən-Nəhl surəsi , 59-cu ayə
Ən-Nəhl surəsi 59-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 59-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 59

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Ona verilən acı xəbərə görə xalqın arasından çıxıb gizlənər. (Qərara gələ bilməz ki, bu qızı xəcalət içində saxlasın, yoxsa onu torpağa basdırsın? Bilin ki, çox pis mühakimə aparırlar.”
Nöqtələr
Cahil ərəblərin qız övlada nifrətlərinin səbəbləri vardı:
a) Qızın heç bir iqtisadi və istehsal rolu yox idi və ailə üçün yük sayılırdı.
b) Qəbilənin taleyini təyin edən döyüşlərdə qız övladın nə vuruşmaq, nə də müdafiə olunmaq qüdrəti vardı.
v) Döyüşlərdə qızlar əsir düşür və düşmənin təcavüzünə məruz qalırdılar.
Cahiliyyət təfəkkürünün ziddinə olaraq İslam qadına böyük dəyər verdi: İslam Peyğəmbəri (s) buyurur: "Qızlar necə də yaxşı övladdırlar.” Allah-təala Peyğəmbərin (s) də nəslini qızı Fatimədən davamlandırdı.
İmam Sadiq (ə) qız övladı olduğu üçün narahatlıq keçirən bir şəxsə buyurdu: "Sən yaxşı bilirsən, yoxsa Allah?” Həmin şəxs dedi: "Allah.” İmam buyurdu: "Allah sənin üçün yaxşı nədirsə onu seçib və sənə qız əta edib.”
Bildirişlər
1. Qız övladı və qadını əskik saymaq cahil və xurafi bir düşüncədir.
2. Övladın dünyaya gəlişi müjdə olsa da, xurafat bu müjdəni zillət səbəbi sayır.
3. Çöhrənin qaralması ilə müşayiət olunan qəzəbin udulmasının nə dəyəri var?! (Özü də xurafat əqidəsinə görə qəzəb!)
4. Xurafat və batil əqidə ailənin xoşbəxtliyi üçün təhlükədir.
5. Bəzən ən böyük cinayətlər ən müqəddəs şüarlar altında gerçəkləşir. (Şəxsiyyəti qorumaq adı ilə övlad diri-diri gora gömülür.)
6. Səmavi dinlər qız və qadınla bağlı xurafat əqidəsini məhkum edir.