Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 60-cu Ayə

Surə 16
Ayə 60

Azərbaycan dilində tərcümə

Axirətə iman gətirməyənlər üçün (neçəallahlılıq, cansız əşyalara ibadət etmək, qız uşaqlarını öldürmək kimi) pis sifətlər vardır. Allah üçün isə (müqəddəs zatının vəhdəti, vücudunun vacibliyi, camal və cəlal sifətləri ilə vəsf olunmaq kimi) uca və üstün sifətlər vardır. Və Odur yenilməz qüdrət və hikmət sahibi.
Ən-Nəhl surəsi , 60-cu ayə
Ən-Nəhl surəsi 60-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 60-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 60

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Axirətə iman gətirməyənlər üçün pis məsəl var. Ən üstün məsəl Allah üçündür. Qüvvət və hikmət sahibi Odur.”
Nöqtələr
Sual: Hazırkı surənin 74-cü ayəsində buyurulur ki, Allah üçün məsəl çəkməyin. Bəs bu ayə necə izah olunur?
Cavab: Allah üçün məsəl çəkməmək dedikdə onu bir şeyə oxşatmamaq başa düşülür. Ən üstün məsəl dedikdə sifətlərin Allaha aid olması nəzərdə tutulur.
Bildirişlər
1. Bütün çirkinliklərin və pisliklərin qaynağı Qiyamətin inkarıdır.
2. Ən üstün kamilliklər Allaha aiddir.
3. İnsanın gözəlliyi onun imanındadır. İmansızlıq çirkinliklərin köküdür.
4. Allahın qüvvət və qüdrəti Onun hikmətindən ayrı deyil.