NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 63
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"And olsun Allaha, həqiqətən, Biz səndən qabaq da ümmətlərə peyğəmbərlər göndərdik. Şeytan onların (müşriklərin) əməllərini onlara gözəl göstərdi. (Şeytan) bu gün də onların hamisidir. Onlar üçün dərdli əzab var.”
Nöqtələr
Ayə İslam Peyğəmbərinə (s) təsəlli verir ki, xalqın diqqətsizliyi və arxa çevirməsi onu narahat etməsin. Çünki bütün peyğəmbərlər bu sayaq fərdlərlə üzləşmişlər.
Bildirişlər
1. Tarix və keçmiş qövmlərlə tanışlıq səbir və dözüm amilidir, ibrət dərsidir.
2. Allah Öz adına and içir.
3. Peyğəmbərlərin besəti ilahi bir cərəyan, sünnə olmuşdur.
4. Çirkinlikləri gözəl göstərmək, azğınlıqlara don geyindirmək şeytanın nüfuz yoludur.
5. Şeytanın yaratdığı görüntüləri qəbul etmək ona itaətin müqəddiməsidir.
6. Şeytanın hakimiyyəti bir anlıq deyil. O hər gün hakimiyyət dairəsini genişləndirməyə çalışır.
7. Şeytanın hakimiyyəti yalnız dünyaya aiddir və qiyamətdə onun əlindən bir iş gəlmir.