Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 69-cu Ayə

Surə 16
Ayə 69

Azərbaycan dilində tərcümə

«Sonra bütün meyvələrdən (və ağac və bitkilərin şirəsindən) ye. Beləliklə Rəbbinin (xam maddələri bala çevirmək barəsində olan instink) yollarını ram və itaətkarlıqla get və pətəklə meyvənin olduğu yer arasındakı get-gəldə Allah tərəfindən ilham olunmuş yolları bir kəsə əziyyət etmədən qət et.» Onların qarınlarından insanlar üçün şəfalı rəngarəng içməli maddələr çıxır. Həqiqətən bunda (bu şərbət və dərmanın düzəldilmə mexanizmində və onu düzəldənin yaşayış tərzində) düşünən bir dəstə üçün bir nişanə vardır.
Ən-Nəhl surəsi , 69-cu ayə
Ən-Nəhl surəsi 69-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 69-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 69

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Sonra bütün meyvələrdən ye, Rəbbinin yolunu mütiliklə adla. Onların (arıların) qarınlarından insanlar üçün şəfa olan rəngarəng maye çıxır. Əlbəttə, bunda (bal arısının həyatında) düşünən insanlar üçün ibrət var.”
Nöqtələr
Ötən ayələrdə və bu ayədə Allah canlılardan alınan həyati əhəmiyyətə malik iki mayeni yada saldı: süd və bal.
Ötən iki ayədə insanların meyvələrdən içki hazırladığı bildirildi. Heyvan isə meyvələrdən şəfaverici bal hazırlayır.
Allahın məqsədli və hikmətli nizamında qəflət və işsizlik mənfurdur. Ona görə də Quran harada yeməkdən danışırsa, bu bəyanın kənarında hansısa məsuliyyəti qeyd edir. O cümlədən: "yeyin və layiqli iş görün”, "yeyin və başqalarını da yedirdin”, "yeyin və Allaha şükür edin”, "yeyin və israf etməyin”.
Bu ayədə də Allah bal arasına yemək göstərişi verir. Amma bu göstəriş də hansısa məqsəd və məsuliyyətlə müşayiət olunur.
Allahın övliyaları alçaqlıqlardan çəkinib, ucalıqları seçən "nəhl” kimidir. Onlar ilahi maarifdən istifadə edir, Rəbbinin yolunu mütiliklə izləyirlər. Onların nəfəslərindən hikmət və mənəvi şirinlik xaric olur.
Bildirişlər
1. Heyvanlar ilahi göstərişlər əsasında hərəkət edirlər. Onların hərəkəti daxili meyillər formasında müşahidə olunur.
2. Bal müxtəlif meyvələrin cövhəridir.
3. Heyvanların təkcə məskən və qida seçimi yox, bütün işləri Allah tərəfindən müəyyənləşdirilmişdir.
4. Heyvanların Allah tərəfindən müəyyənləşdirilmiş hərəkəti müti hərəkətdir.
5. Kiçik arının orqanizmində bal hazırlayan müəssisənin mövcudluğu yaranış möcüzəsidir.
6. Təbii bal müxtəlif rənglərdə olur. (Balın ağ, sarı və qırmızı rəngdə olmasının səbəbi çiçəklərin rəngarəngliyi ola bilər.)
7. Otlarda və güllərdə müalicə xüsusiyyətləri var. Bal vasitəsi ilə bir çox dərdlərə şəfa tapılır. (Əlbəttə ki, bal müəyyən dərdlərin şəfasıdır. Çünki ayədə "şifaun” sözü qeyri-müəyyən formada işlənmişdir.)
8. Arı kimi kiçik bir varlığın yuva qurması, mum hazırlaması, bal hazırlaması, eyni zamanda zəhər hazırlaması Allahın qüdrət nişanələrindəndir.
9. Bütün dərslər və ibrətlər düşüncə əhli üçündür. Bir ömür baldan istifadə etdiyi halda bu barədə bir neçə dəqiqə düşünməyənlər var.