Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 70-cu Ayə

Surə 16
Ayə 70

Azərbaycan dilində tərcümə

Allah sizi yaratdı, sonra sizin ruhunuzu alacaqdır. Sizdən bəzisi (ağıl və cismin qüdrəti baxımından) ömrünün ən rəzil mərhələsinə qaytarılar ki, elmdən sonra bir şey bilməsin. Həqiqətən Allah çox bilən və qüdrətlidir.
Ən-Nəhl surəsi , 70-cu ayə
Ən-Nəhl surəsi 70-cu ayə
Tam Surə

Ən-Nəhl surəsi 70-cu Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 70

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Allah sizi yaratdı, sonra canınızı alar. Sizdən bəziləri ömrün ən alçaq dövrünə (qocalığa) qaytarılar. Belə ki, bildikdən sonra (bir çox məsələləri unudar və) bir şey bilməz. Əlbəttə, Allah bilən və qüdrətlidir.”
Nöqtələr
"Rəzil” sözündən olan "ərzəl” sözü alçaq və dəyərsiz mənasını bildirir. İnsan ömrünün ən alçaq dövrü zəiflik və yaddaşsızlığın zirvə həddinə çatdığı dövrdür.
Qocalıq dövründə yaddaşsızlıq adi insanlara aiddir. Allahın həzrət Nuh, həzrət Mehdi (ə) kimi övliyaları ömür boyu məsuliyyət daşımışlar. Onlarda heç vaxt qəflət, süstlük və yaddaşsızlıq görünməmişdir.
Bildirişlər
1. Ölüm və həyat Onun əlindədir.
2. Ömrün agahlıqla müşayiət olunan hissəsi faydalı və dəyərlidir. Yaddaşsızlıq və qəflət dolu ömür dəyərsizdir.
3. Uzun ömür hamı üçün nəzərdə tutulmayıb.
4. İnsanda qüdrət və zəiflik, elm və cəhalət, agahlıq və qəflət arası baş verən dəyişikliklər Allahın tədbir və elmi əsasındadır.