Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 7-ci Ayə

Surə 16
Ayə 7

Azərbaycan dilində tərcümə

Onlar sizin ağır yüklərinizi yalnız çox çətinlik bahasına yetişə biləcəyiniz şəhərə daşıyırlar. Həqiqətən sizin Rəbbiniz çox şəfqətli və mehribandır.
Ən-Nəhl surəsi , 7-ci ayə
Ən-Nəhl surəsi 7-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 7-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 7

MÖHSÜN QƏRAƏTİ
16.12.2025
"Onlar sizin yüklərinizi ağır əziyyətsiz çatdıra bilməyəcəyiniz şəhərə daşıyırlar. Həqiqətən, sizin Rəbbiniz rəuf (rəfətli) və mehribandır.”
Bildirişlər
1. Dördayaqlılar təkcə insanı yox, onun yükünü də daşıyırlar.
2. Dördayaqlılar nə qədər güclü olsalar da, Allahın qüdrəti ilə ram olmuşlar.
3. Dördayaqlılar bəşəriyyət üçün rifah səbəbidir. (Bir nemətin dəyərini anlamaq üçün bir anlıq həmin nemətin olmamasını təsəvvür etmək lazımdır.)
4. Allah bəşəriyyətə borclu deyil, bütün nemətləri öz lütf və mərhəməti əsasında əta edir.