Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 78-ci Ayə

Surə 16
Ayə 78

Azərbaycan dilində tərcümə

Allah sizi analarınızın bətnlərindən heç bir şey bilmədiyiniz halda çıxartdı və sizə qulaq və eşitmə qüdrəti, gözlər və görmə qabiliyyəti və (bədənin hissiyyatını idarə etmək üçün) ürəklər verdi ki, bəlkə şükr edəsiniz
Ən-Nəhl surəsi , 78-ci ayə
Ən-Nəhl surəsi 78-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 78-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 78

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Heç bir şey bilmədiyiniz halda Allah sizi analarınızın bətnindən çıxardı. Sizə qulaq, göz, qəlb verdi ki, bəlkə şükür edəsiniz.”
Nöqtələr
"Umm” sözünün cəm forması olan "umməhat” "ummat” sözünün əvəzində işlədilmişdir.
Bildirişlər
1. İnsan Allahın iradəsi ilə anadan doğulur.
2. Keçmişdəki çatışmazlıqları, çətinlikləri xatırlamaq insanda şükür ruhiyyəsi yaradır.
3. İstənilən bir işi vasitə ilə görmək Allahın sünnəsidir. Göz, qulaq və qəlb elm vasitəsidir.
4. Qulaq gözdən tez işə düşür. (Qulaq ananın bətnində də eşidir.)
5. Nemətə təşəkkür vasitələrdən düzgün bəhrələnməni göstərir. Çünki Quran bəzilərini məzəmmət edərək buyurur ki, gözləri var, amma həqiqəti görmürlər, qulaqları var, amma haqqı eşitməyə hazır deyillər.
6. Göz və qulaq nemətinin həqiqi şükrü elm əldə etməkdir, çünki ayədə öncə buyurulur ki, siz bilmirdiniz, Mən şükür edəsiniz deyə sizə göz və qulaq verdim. (Yəni elm öyrənəsiniz.)