NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 88
MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Kafir olub xalqı Allahın yolundan çəkindirənlərin davamlı fəsadlarına cəza olaraq əzablarına əzab artırarıq.”
NÖQTƏLƏR
İnsanlar Allahın yoluna fərqli reaksiya göstərirlər. Bu münasibətin dərəcələri, mərhələləri var.
a) Müsbət reaksiyalar:
- bir qrup insan Allah yolunu anlamaq və bu yolda addım atmaq intizarındadır.
- bir qrup insan Allaha xatir hicrət edir.
- bəziləri Allah yolunda olduğu üçün mühasirəyə alınır.
- bir qrup insan Allah yolunda əzab-əziyyətə dözür.
- bəziləri başqalarını Allah yoluna dəvət edirlər.
- bir qrup insan Allah yolunda heç vaxt süstlük göstərmir.
- bir qrup insan Allah yolunda vuruşur.
- bir qrup insan bu yolda öldürülür.
b) Mənfi reaksiyalar:
- bəziləri Allah yolunda olduğunu düşünürlər.
- bir qrup insan Allahın yolunu əyir.
- bir qrup insan Allah yolunu başqalarının üzünə bağlayır.
- bəziləri Allah yolunu bağlamaq üçün pul xərcləyirlər.
Bildirişlər
1. İman saleh əməlin müqəddiməsi olduğu kimi, küfr də fəsadın müqəddiməsidir.
2. Qələm, bəyan, müxtəlif imkanlarla Allah yolunu bağlayan küfr başçılarının hesabı adi fərdlərin hesabından ayrıdır.
3. "Yer üzündə fəsad törədən” dedikdə təkcə cəmiyyətin asayişini pozanlar yox, istənilən bir şəkildə mənəvi təkamülə mane olanlar nəzərdə tutulur.