Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 91-ci Ayə

Surə 16
Ayə 91

Azərbaycan dilində tərcümə

Allahla əhd-peyman bağladığınız zaman öz peymanınıza vəfalı olun və öz andlarınızı onları möhkəmlətdikdən sonra (Allahın adını çəkməklə) Allahı özünüzə zamin götürdüyünüz halda pozmayın. Şübhəsiz, Allah etdiklərinizi bilir.
Ən-Nəhl surəsi , 91-ci ayə
Ən-Nəhl surəsi 91-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 91-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 91

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Allahla əhd bağlayanda ona vəfa qılın. Möhkəm and içdikdən sonra onu pozmayın. Çünki Allahı özünüzə vəkil seçmisiniz. Həqiqətən, Allah gördüyünüz işlərdən xəbərdardır.”
Nöqtələr
Rəvayətlərdə ayədəki peyman (əhd) sözü xalqın ilahi rəhbərlə əhdi kimi izah olunur.
Xalq öz əhdinə vəfa qılsa, Allah vəd etdiyi lütfünü həyata keçirər.
Bildirişlər
1. İlahi əhd və andlara vəfa qılmaq lazımdır.
2. And və əhdə əməl etmək lazımdır ki, işdə ciddi məqsəd olsun. "Maidə” surəsinin 89-cu ayəsində bildirilir ki, Allah insanı mənasız, boş andlara görə cəzalandırmaz.
3. İnsanlar anlasa da, anlamasa da, Allah insanın əhdi pozmasından xəbər tutur və onu cəzalandırır.