Əsas məzmuna keç

Ən-Nəhl surəsi - 92-ci Ayə

Surə 16
Ayə 92

Azərbaycan dilində tərcümə

Və öz ipini əyirdikdən və möhkəmləndirdikdən sonra açıb bir-birindən ayıran o (yelbeyin) qadın kimi olmayın ki, andlarınızı bir dəstənin (digər) bir dəstədən artıq və imkanlı olmasına xatir öz aranızda hiylə və fəsad vasitəsi edəsiniz (məsələn müsəlmanlara kömək etmək üçün and içəsiniz və müşriklər onlardan üstün olduqlarına görə onu pozasınız). Əslində Allah sizi bu barədə sınayır və şübhəsiz, Qiyamət günü, barəsində ixtilaf etdiyiniz şeyi sizin üçün aydınlaşdıracaqdır.
Ən-Nəhl surəsi , 92-ci ayə
Ən-Nəhl surəsi 92-ci ayə
Tam Surə

Ən-Nəhl surəsi 92-ci Ayəsinin Təfsirləri

NUR TƏFSİRİ: Ən-Nəhl surəsi / ayə 92

MÖHSÜN QƏRAƏTİ
17.12.2025
"Toxuduğunu bərkitdikdən sonra tikə-tikə doğrayan qadın kimi olmayın. Bir dəstəni o birisindən çox bilib öz andlarınızı aranızda (yalan və xəyanət üçün) alət edirsiniz. (Zəif dəstə ilə bağladığınız əhdi pozursunuz.) Allah sizi həmin andlarla sınağa çəkər. Şübhəsiz, ixtilafda olduğunuz məsələləri Qiyamətdə sizin üçün aydınlaşdıracaq.”
Nöqtələr
Ağılsız bir qadının günün birinci yarısında toxuduqlarını günün ikinci yarısında sökməsi el məsəlidir. Quran da zəhmətini hədərə verən, əhdi pozan insana münasibətdə bu məsəli çəkir.
Fatimeyi-Zəhra (s) Mədinə məscidində dövrün hakimlərinə qarşı oxuduğu xütbədə bu ayəni tilavət etdi və Qədiri-Xumda həzrət Əli (ə) ilə əhd bağlayanları toxuduğunu sökən qadına oxşatdı.
Qurandakı məsəllər bütün məkanlarda və zamanlarda aktualdır. İstər məktəbli uşaq, istər filosof bu məsəlləri anlayır.
"Ən təkunə ummətun hiyə ərba min ummətin” cümləsi iki cür təfsir oluna bilər:
a) Bir dəstənin güc və çoxluğuna görə kiçik dəstə ilə bağladığınız əhdi pozmayın.
b) Qüdrətə çatdığınız vaxt kiçik dəstə ilə əhdinizi pozmayın.
Bildirişlər
1. Əhdi pozmaq ötən zəhmətləri hədərə verməkdir.
2. Peyman nə qədər möhkəm bağlanarsa, onu pozmaq bir o qədər çirkin olur.
3. Ardıcıl şəkildə əhdi pozmağın bir çox sıxıntıları var.
4. Müqəddəsliklərlə oyun oynamayın. (Müqəddəslikləri alətə çevirməyin.)
5. Qüdrət, çoxluq və siyasi-ictimai hay-küylər əhdin pozulması üçün zəmindir.
6. Əhdə vəfa sınaq vasitələrindəndir.
7. Məadın xatırlanması təqva və əhdə vəfa amilidir.